Modern.az

Serbiya ordusunda döyüş vəziyyəti ləğv edildi

Serbiya ordusunda döyüş vəziyyəti ləğv edildi

29 Dekabr 2022, 16:10

Serbiyada ordunun döyüş vəziyyətinə gətirilməsi ilə bağlı qərar ləğv olunub.

 

Modern.az "RT"yə istinadən xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç göstəriş verib.

 

O, silahlı qüvvələrin bölmələrində döyüş vəziyyətinin ləğvi barədə tapşırıq verib.

 

Qeyd edək ki, Kosovada vəziyyətin gərginləşməsindən sonra Serbiya ordusu döyüş vəziyyətinə gətirilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?