Modern.az

Gənc analara vergi güzəşti olacaq

Gənc analara vergi güzəşti olacaq

Dünya

29 Dekabr 2022, 16:34

Macarıstanda yaşı 30-dan aşağı olan analar gəlir vergisindən azad olunacaq.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı hökumət tərəfindən müvafiq qərar qəbul edilib.

 

Sözügedən qərar 2023-cü ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.

 

Qərara əsasən, uşaq övladlığa götürən 30 yaşdan aşağı qadınlar da gəlir vergisini ödəməkdən azad ediliblər.

 

Məlumata görə, bu addımın atılmasına səbəb ailələrin iqtisadi təminatını gücləndirməklə doğumu stimullaşdırmaqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər