Ukraynanın Xarkov vilayəti Rusiya tərəfindən aviazərbələrə məruz qalıb.
Modern.az "NEXTA"ya istinadən xəbər verir ki, bu barədə vilayət rəsmisi İqor Terexov məlumat verib.
O bildirib ki, sənaye rayonuna hücum həyata keçirilib. Məlumata görə, dağıntılar və zərərçəkənlərlə bağlı informasiyalar dəqiqləşdirilir.
Xatırladaq ki, bu gün Ukraynanın Lvov, Odessa, Kiyev və digər şəhərlərinə də zərbələr endirilib.