Modern.az

İtaliya Ukraynada sülh razılaşmasının qarantı ola bilər 

İtaliya Ukraynada sülh razılaşmasının qarantı ola bilər 

Dünya

29 Dekabr 2022, 17:10

İtaliyanın baş naziri Corciya Meloni Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün ölkəsinin rolundan danışıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Meloni İtaliyanın tərəflər arasındakı razılaşma əldə olunması üçün zəmanətçi rolunu oynamağa hazır olduğunu bildirib.

 

"İtaliya Ukraynada sülh razılaşmasının qarantı olmağa hazırdır", - deyə İtaliya baş naziri söyləyib.

 

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər