Modern.az

Fransa Ukrayna üçün 200 milyonluq silah alacaq

Fransa Ukrayna üçün 200 milyonluq silah alacaq

29 Dekabr 2022, 22:55

Fransa Ukraynaya yardım üçün 200 milyon avro məbləğində fond yaradır.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastian Lekornu məlumat verib.

 

O bildirib ki, Fransa vəsait hesabına yerli şirkətlərdən silah və hərbi texnika alacaq.

 

Qeyd edək ki, fransalı nazir dünən Ukraynaya səfər edib. O, Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və həmkarı Oleksey Reznikovla görüşüb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?