İtaliyanın İrandakı səfiri Cüzeppe Perrone bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə İran telekanalı məlumat yayıb.
Səfirin XİN-ə çağırılmasına səbəb İranda davam edən etirazlar fonunda İtaliya rəsmilərinin Tehran hakimiyyətinə qarşı bəyanatlarıdır.
Xatırladaq ki, ötən gün İranın İtaliyadakı səfiri Məhəmmədrza Saburi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmışdı.