Modern.az

Çin və ABŞ-ın hərbi təyyarələri yan-yana - Təhlükəli anlar yaşandı

Çin və ABŞ-ın hərbi təyyarələri yan-yana - Təhlükəli anlar yaşandı

30 Dekabr 2022, 00:48

Çin hərbi təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin 3 metr yaxınlığında uçuş həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat yayıb.

 

Qeyd olunur ki, ABŞ təyyarəsi beynəlxalq hava məkanında toqquşmamaq üçün manevrlər etməyə məcbur olub.

 

ABŞ ordusunun bəyanatında deyilir ki, Çin Hərbi Dəniz Qüvvələrinin J-11 döyüş təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 təyyarəsinin iştirakı ilə hadisə dekabrın 21-də Cənubi Çin dənizi üzərində baş verib.

 

“Biz Hind-Sakit Okean regionundakı bütün ölkələrin beynəlxalq hava məkanından təhlükəsiz və beynəlxalq hüquqa uyğun istifadə etmələrini gözləyirik”, - deyə açıqlamada bildirilir.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər