Braziliya millisinin heyətində üçqat dünya çempionu olmuş Pelenin dəfn mərasimi yanvarın 3-də Santos şəhərində keçiriləcək.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Santos” klubu məlumat yayıb.
Vida mərasimi yanvarın 2-də yerli vaxtla saat 10:00-da başlayacaq və bir gün davam edəcək. Daha sonra dəfn mərasimi baş tutacaq. Mərasimdə onun ailə üzvləri və yaxın dostları iştirak edəcəklər.
Qeyd edək ki, ötən gün dünyasını dəyişən Pele 19 il əvvəl özünə məzar yeri alıb. Qəbiristanlıq 30 mərtəbəli binadır.