Modern.az

ABŞ dövlət katibindən Rusiyaya XƏBƏRDARLIQ

ABŞ dövlət katibindən Rusiyaya XƏBƏRDARLIQ

30 Dekabr 2022, 10:08

ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyaya xəbərdarlıq edib.

 

Modern.az-ın xəbərinə görə, diplomat tviterdə yazıb ki, Rusiya Ukraynaya hücumlarını dayandırmalı, qoşunlarını geri çəkməli və sülh masası arxasına oturmalıdır.

 

“Ukrayna sülh təklifləri irəli sürür. Moskva isə buna cavab olaraq raket zərbələri ilə kritik enerji infrastrukturuna zərbələr endirir”, - E.Blinken vurğulayıb.

 

Qeyd edək ki, dekabrın 29-da Rusiya ordusu Ukraynada genişmiqyaslı raket hücumları həyata keçirib. Nəticədə Kiyev şəhərində 3 mülki şəxs yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər