Modern.az

Hərbi dəstək sülhə gedən ən qısa yoldur - Stoltenberq

Hərbi dəstək sülhə gedən ən qısa yoldur - Stoltenberq

30 Dekabr 2022, 10:32

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya hərbi-siyasi dəstəyin vacib olduğunu bildirib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Stoltenberq bu barədə DPA-ya müsahibəsi zamanı danışıb.

 

"Bir az qəribə və paradoksal görünə bilər, amma Ukraynanı hərbi cəhətdən dəstəkləmək sülhə gedən ən qısa yoldur. Moskva dərk etməlidir ki, Ukraynada məqsədlərinə nail ola bilməyəcək", - deyə baş katib vurğulayıb.

 

Hərbi alyansın rəhbəri Ukraynanın Rusiya ərazilərindəki hərbi obyektləri vurmasını qanuni sayıb: "Hər bir ölkənin özünü qorumaq hüququ var. Bu, Ukraynaya da aiddir".

 

Bundan əlavə, NATO baş katibi sülh danışıqlarının önəmini də diqqətə çatdırıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər