Ukraynanın bir sıra regionlarında hava hücumu ilə bağlı həyəcan siqnalı elan olunub.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, müxtəlif vilayətlərdə səslər eşidilib.
Belə ki, Xerson, Odessa və Nikolayevsk vilayətlərində həyəcan siqnalı verilib.
Hər üç vilayət mütəmadi olaraq Rusiya qüvvələri tərəfindən aviazərbələrə və raket hücumlarına məruz qalır.
Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.