Modern.az

“Özümü 100 faiz ukraynalı hiss edirəm” - Saakaşvili Zelenskini Çörçilə bənzətdi

“Özümü 100 faiz ukraynalı hiss edirəm” - Saakaşvili Zelenskini Çörçilə bənzətdi

Dünya

30 Dekabr 2022, 13:04

Gürcüstanın həbsdə olan sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynada baş verənlərə münasibət bildirib.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, həbsxanadan Ukrayna mətbuatına müsahibə verən Saakaşvili prezident Volodimir Zelenskini Vinston Çörçillə müqayisə edib.

 

"Mən özümü 100 faiz ukraynalı hiss edirəm və bununla qürur duyuram. Əgər indi Ukraynada olsaydım, ön cəbhədə olardım və özümü çox xoşbəxt sayardım. Mən prezident Zelenski ilə bir sırada durardım. Onu Çörçildən sonra ən görkəmli siyasətçi hesab edirəm", - eks-prezident bildirib.

 

Saakaşvili həbsinə ona görə təəssüfləndiyini ifadə edib ki, o, Ukraynaya gedə və proseslərin iştirakçısı ola bilmir.

 

Qeyd edək ki, Gürcüstanın keçmiş dövlət başçısı Mixail Saakaşvili ötən ilin oktyabrından həbsdədir. O, qanunsuz saxlanılmasına etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib. Bu müddət ərzində onun səhhətində ciddi problemlər yaranıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər