Modern.az

Putin Paşinyana məktub göndərdi

Putin Paşinyana məktub göndərdi

Dünya

30 Dekabr 2022, 13:36

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Putin Paşinyanı Yeni il və Milad bayramları münasibətilə təbrik edib.


Putin xatırladıb ki, ötən il Rusiya və Ermənistan üçün yubiley ili olub, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının 25-ci ildönümü qeyd edilib.
 

Rusiya prezidenti Ermənistanla müxtəlif sahələrdə, o cümlədən Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı, KTMT və MDB formatlarında tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.

"Mən ikitərəfli və regional gündəlikdəki aktual məsələlər üzrə dialoqumuzu və konstruktiv birgə işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm", - Putin qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?