Modern.az

Çin liderindən Rusiya ilə bağlı vacib açıqlama: Hazırıq...

Çin liderindən Rusiya ilə bağlı vacib açıqlama: Hazırıq...

30 Dekabr 2022, 13:40

Çin lideri Si Tsinpin rusiyalı həmkarı Vladimir Putinlə videobağlantı vasitəsilə keçirdiyi görüşdə önəmli açıqlamalar verib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, o, ölkəsinin Rusiya ilə əməkdaşlığının dayanıqlı olduğunu diqqətə çatdırıb.

 

"Çin və Rusiya sıx strateji təmasdadır. Çin-Rusiya hərtərəfli əməkdaşlıq dayanıqlılığını ortaya qoydu. Biz çətin və qeyri-müəyyən beynəlxalq şəraitdə Rusiya ilə strateji əməkdaşlıq qurmağa hazırıq", - deyə Tsinpin bildirib.

 

Çin lideri həmçinin bildirib ki, ölkələr arasındakı iqtisadi ticarət daha da inkişaf etdirilməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular