Modern.az

Azərbaycanla 12 təlim keçirmişik - Akar

Azərbaycanla 12 təlim keçirmişik - Akar

Dünya

30 Dekabr 2022, 14:34

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı jurnalistlərə müsahibə verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir il ərzində görülən işlərdən danışıb.

 

O bildirib ki, 2022-ci ildə Suriya və İraq ərazilərində ümumilikdə 3982 terrorçu zərərsizləşdirilib. Nazirin sözlərinə görə, 2 mindən çox mina, 600-dən çox sığınacaq məhv edilib.

 

"İl ərzində Azərbaycanla 12 hərbi təlimi birgə keçirmişik. Bakıya dəstəyimiz davam edəcək", - Akar bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər