Modern.az

Putin Koçaryanla Sarkisyana da təbrik yolladı

Putin Koçaryanla Sarkisyana da təbrik yolladı

30 Dekabr 2022, 15:00

Rusiya prezidenti Vladimir Putin bir sıra dünya liderlərinə Yeni il təbriki göndərib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

 

Bildirilib ki, Putin Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Boliviya, Braziliya, Macarıstan, Venesuela, Vyetnam, Hindistan, Çin, Kuba, Nikaraqua, Serbiya, Suriya və Türkiyə dövlət başçılarına, o cümlədən tanınmamış Abxaziya və Cənubi Osetiya separatçı qurumlarının liderlərinə bayram təbriki yollayıb.

 

Rusiya prezidenti, həmçinin Almaniyanın sabiq kansleri Gerhard Şroyderə, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevə, eləcə də Ermənistanın əvvəlki prezidentləri Serj Sarkisyan və Robert Koçaryana da Yeni il münasibətilə təbrik məktubu ünvanlayıb.

 

ABŞ prezidenti Co Bayden isə Putin tərəfindən təbrik olunmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?