Sosial şəbəkə fenomeni və keçmiş idmançı Endryu Teyt Rumıniyada polis tərəfindən saxlanılıb.
Modern.az xəbər verir ki, Endryu Teyt insan alveri ilə yanaşı, zorlamada ittiham olunur.
Prokurorluğun yaydığı məlumatda bildirilib ki, sosial şəbəkə ulduzu qadınları pornoqrafik videoya çəkilməyə təhrik edib və bununla da külli miqdarda pul qazanıb.
Bundan əlavə, bloger qardaşı ilə birlikdə daha 6 qadına təcavüz edib.