Modern.az

Terrorçu haradadırsa, hədəf oradır - Müdafiə Nazirliyi

Terrorçu haradadırsa, hədəf oradır - Müdafiə Nazirliyi

Dünya

30 Dekabr 2022, 16:25

Türkiyə ordusu Suriyanın şimalında daha 8 terrorçunu məhv edib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, "Fırat Kalkanı" və "Zeytin Dalı" əməliyyatlarının keçirildiyi zonada təsbit olunmuş 8 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

 

"Terrorçu haradadırsa, hədəf oradır. Terrorla bağlı mübarizəmiz effektiv və qərarlı şəkildə davam edəcək", - məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər