Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Katerinovka kəndini atəşə tutub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko “Telegram”da məlumat paylaşıb.
Onun sözlərinə görə, Rusiyanın hücumu nəticəsində azı iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.
Hazırda hadisə yerində təcili yardım xidmətləri aparılır.