Modern.az

Moskvada Qırmızı Meydana giriş məhdudlaşdırılır 

Moskvada Qırmızı Meydana giriş məhdudlaşdırılır 

Dünya

30 Dekabr 2022, 17:04

Moskvada Qırmızı Meydana giriş dekabrın 31-i Moskva vaxtı ilə saat 18:00-dan yanvarın 1-i saat 07:00-a qədər məhdudlaşdırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Moskva Regional Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin mətbuat xidmətindən TASS-a bildirilib.

 

"31 dekabr 2022-ci il Moskva vaxtı ilə saat 18:00-dan 2023-cü il yanvarın 1-i Moskva vaxtı ilə saat 07:00-a qədər vətəndaşların Qırmızı Meydana, eləcə də İnqilab Meydanına və Manejnaya Meydanına girişi məhdudlaşdırılacaq", - rəsmi məlumatda deyilir.

 

Həmçinin bildirilib ki, Moskvanın mərkəzindəki Tverskaya küçəsinə isə vətəndaşların keçidini məhdudlaşdırmaq nəzərdə tutulmayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər