Modern.az

Ərdoğan həmkarı ilə ilin son görüşünü keçirdi

Ərdoğan həmkarı ilə ilin son görüşünü keçirdi

Dünya

30 Dekabr 2022, 17:07

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Monteneqronun dövlət başçısı Milo Cukanoviçlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının rəsmi saytında məlumat verilib.

 

Görüş Cukanoviçin Türkiyəyə səfəri çərçivəsində baş tutub.

 

Bildirilib ki, Vahdettin iqamətgahında Monteneqro prezidentinin rəsmi qarşılanma mərasimi olub.

 

Daha sonra ikitərəfli görüş başlayıb. Keçirilən görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər, iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər