Modern.az

Ülkü Ocaqlarının sabiq sədri ÖLDÜRÜLDÜ

Ülkü Ocaqlarının sabiq sədri ÖLDÜRÜLDÜ

Dünya

30 Dekabr 2022, 17:25

Türkiyədə Ülkü Ocaqlarının keçmiş sədri Sinan Ateş öldürülüb.

 

Modern.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, ona qarşı silahlı hücum təşkil olunub.

 

Hadisə paytaxt Ankaranın Çankaya şəhərində baş verib. İnsident zamanı S.Ateşin yanında olan dostu da yaralanıb. Onlar xəstəxanaya çatdırılıb.

 

S.Ateşin həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə ilə bağlı araşdırmalar aparılır.

 

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Sinan Ateş 2019-2020-ci illərdə təşkilata rəhbərlik edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər