“İran rejimi məsuliyyətə cəlb olunanadək dayanmayacağıq”.
Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli özünün "Twitter" hesabında yazıb.
O qeyd edib ki, İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra 47 nəfərə sanksiya tətbiq edilib: “Biz həmçinin İranı BMT-nin Qadın Statusu Komissiyasından uzaqlaşdırdıq və SEPAH-a sanksiya tətbiq etdik”.