Modern.az

Neftçilərə silahlı hücum edildi - 10 ölü

Neftçilərə silahlı hücum edildi - 10 ölü

Dünya

30 Dekabr 2022, 21:31

İŞİD terror təşkilatının üzvləri Suriyada neftçiləri daşıyan 3 avtobusa hücum edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, hadisə Deyr əz-Zor vilayətində baş verib.

 

Silahlı hücum nəticəsində 10 mütəxəssis həlak olub, daha iki nəfər yaralanıb. Ölən və yaralananların hamısı neft obyektində işləyən növbə briqadasının üzvləridir.

 

Hadisə yerinə Suriya ordusunun bölmələri gəlib. Bildirilib ki, hücum neft məhsullarına ciddi ehtiyac yarandığı bir vaxtda həyata keçirilib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər