Fransa Çindən gələn şəxslərdən mənfi COVID-19 testi tələb edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Franceinfo" nəşri məlumat yayıb.
Bildirilir ki, bu qayda 1 yanvar 2023-cü il tarixindən etibarən qüvvəyə minəcək. Testlər səyahətə başlamazdan ən azı 48 saat əvvəl verilməlidir.
Fransa 2023-cü il yanvarın 8-dən çinli turist və iş adamlarının kütləvi şəkildə ölkəyə gəlməsinə hazırlaşır. Artıq təyyarədə maskaların taxılması qaydası tətbiq edilib.
Akif İsmayılov