Modern.az

Torpaq sürüşməsi 8 nəfərin həyatına son qoydu

Torpaq sürüşməsi 8 nəfərin həyatına son qoydu

31 Dekabr 2022, 18:27

Konqo Demokratik Respublikasının şərqindəki mədənlərin yaxınlığında torpaq sürüşməsi baş verib.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində səkkiz nəfər həlak olub.

 

Məlumata görə, torpaq sürüşməsi zamanı daha 9 nəfər ağır yaralanıb, onların vəziyyəti ağırdır.

 

Bildirilir ki, Konqonun qeyd olunan ərazisində sürüşmə tez-tez baş verir. Ərazidə güclü yağışlar torpaq sürüşmələrinə səbəb olur.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər