Modern.az

İtaliyada pirotexniki vasitələrdən 180 nəfər yaralandı 

İtaliyada pirotexniki vasitələrdən 180 nəfər yaralandı 

Dünya

2 Yanvar 2023, 00:47

İtaliyada yeni il ərəfəsində pirotexniki vasitələrin partlaması nəticəsində 180-ə yaxın insan yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti yazıb.

 

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, 48 zərərçəkən xəstəxanaya çatdırılıb, onlardan 11-nin vəziyyəti ağırdır. Qurbanlar arasında 50 azyaşlı uşaq var, İtaliyanın cənubunda isə atəşfəşanlıqdan sonra aldığı xəsarətlərə görə 10 yaşlı uşağın əli amputasiya edilməli olub.

 

Qeyd olunur ki, ən ciddi insidentlər Neapol və Milanda olub, Romada isə 59 avtomobilin yandırılması hadisəsi qeydə alınıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər