Ukrayna Ordusu son sutka ərzində 720 rus hərbçisini məhv edib. Beləliklə, fevralın 24-dən yanvarın 2-dək öldürülən rus həbçilərinin sayı təxminən 107 min 440-a çatıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiyanın digər itkiləri aşağıdakı kimidir:
Tank-3031;
Zirehli döyüş texnikası - 6093 (+9);
Artilleriya sistemi - 2027 (+6);
MLRS - 423;
Hava hücumundan müdafiə sistemi - 213;
Təyyarə - 283;
Helikopter - 269;
Əməliyyat- taktiki PUA - 1836 (+44);
Qanadlı raket- 723;
Gəmi/qayıq- 16;
Nəqliyyat vasitəsi və tanker-4725 (+5),
181 xüsusi təyinatlı maşın.