Modern.az

Kabildəki hücuma görə məsuliyyəti İŞİD üzərinə götürüb 

Kabildəki hücuma görə məsuliyyəti İŞİD üzərinə götürüb 

Dünya

2 Yanvar 2023, 23:54

Yanvarın 1-də Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən hərbi hava limanı qarşısında həyata keçirilən hücuma görə məsuliyyəti İŞİD terrorçuları öz üzərinə götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə İŞİD-in "Telegram" kanalında məlumat yayılıb.

 

Terrorçular iddia edir ki, hücum nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb.

 

Əfqanıstan Daxili İşlər Nazirliyi terrorçuların iddia etdiyi tələfat rəqəmlərini təkzib edib və ölənlərin rəsmi sayını açıqlayacağını bildirib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər