Modern.az

Rusiya və Ukrayna ombudsmanları görüşəcək

Rusiya və Ukrayna ombudsmanları görüşəcək

Dünya

3 Yanvar 2023, 00:51

Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets rusiyalı həmkarı Tatyana Moskalkova ilə görüşə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Lubinets özü məlumat verib.

 

Görüşün yanvar ayında baş tutacağı və mülki şəxslərin qarşılıqlı qaytarılması məsələsinin müzakirə olunacağı gözlənilir.

 

“Biz bu ay danışıqlar aparacağıq. Bu ay bizim Moskalkova ilə görüşümüz olacaq və orada mülki şəxslərin azad edilməsi məsələsini müzakirə edəcəyik. Bizim tərəfimizdən bir çox variant var. Lakin biz bilmirik ki, Rusiya onlarla razılaşacaq, ya yox”, - Lubinets Rada telekanalının efirində bildirib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər