Modern.az

Rusiya işğal etdiyi ərazilərdə güzəştli kredit proqramı elan etdi

Rusiya işğal etdiyi ərazilərdə güzəştli kredit proqramı elan etdi

Dünya

3 Yanvar 2023, 11:20

Rusiya Ukraynanın ilhaq etdiyi Zaporojye və Xerson vilayətləri ərazisində yaşayan insanlar, habelə "Donetsk XR" və "Luqansk XR" sakinləri üçün güzəştli kredit proqramı elan edib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nazirlər Kabineti qərar imzalayıb.

 

Sözügedən qərara əsasən, ilhaq edilmiş Ukrayna ərazilərində yaşayanlar illik 2 faizdən çox olmayan güzəştli ipoteka imkanlarından yararlana biləcəklər.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər