Modern.az

Türkiyədə inflyasiya rəqəmləri açıqlanıb

Türkiyədə inflyasiya rəqəmləri açıqlanıb

3 Yanvar 2023, 11:27

Türkiyədə inflyasiya səviyyəsi ilə bağlı rəqəmlər açıqlanıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

 

Belə ki, 2022-ci ilin dekabr ayında istehlakçı qiymət indeksi 1.18 faiz artıb. İllik inflyasiya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 64.27 faiz təşkil edib.

 

İllik orta inflyasiya isə 72.31 faiz olub.

 

Qeyd edək ki, Türkiyə iqtisadiyyatında son illər kəskin inflyasiya problemi müşahidə olunur.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?