Modern.az

Rus general və admirala qarşı ittiham irəli sürüldü

Rus general və admirala qarşı ittiham irəli sürüldü

Dünya

3 Yanvar 2023, 13:31

Ukrayna tərəfi müharibə başlayandan bəri ilk dəfə olaraq yüksək çinli Rusiya zabitlərinə qarşı rəsmi ittiham irəli sürüb.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

 

Bildirilib ki, Rusiya ordusunun general-polkovniki Sergey Koblaş və Rusiya Federasiyası Qara Dəniz Donanmasının keçmiş komandanı, admiral İqor Osipova qarşı rəsmi ittiham elan olunub.

 

Onlar mülki infrastrukturun atəşə tutulmasında iştirak etməkdə şübhəli bilinirlər.

 

Hazırda hüquqi prosedurların davam etdirildiyi bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər