Modern.az

Baş nazir: Ölüm hökmünə icazə verilməlidir 

Baş nazir: Ölüm hökmünə icazə verilməlidir 

3 Yanvar 2023, 13:57

Polşanın baş naziri Mateş Moraveyski ölkədə ölüm hökmünün bərpasını dəstəklədiyini bildirib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir feysbuk səhifəsində sual-cavab marafonu təşkil edib və vətəndaşların suallarını cavablandırıb.

 

Bu mövzuda verilən suala cavabında Moraveyski edam cəzası ilə bağlı kilsənin nəzəri baxışlarına qatılmadığını söyləyib.

 

"Bunun ümumilikdə yenidən təhlil olunmasının vacibliyi haqqında düşünürəm. Çox ağır cinayətlərdə ölüm hökmünə icazə verilməlidir", - deyə baş nazir vurğulayıb.

 

Qeyd edək ki, Polşada ölüm hökmü 1998-ci ildə ləğv olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər