Rusiya prezidenti Vladimir Putin parlamentdə təmsil olunan müxalifət partiyalarının rəhbərləri ilə görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kommunist Partiyasının (KPRF) sədri, deputat Qennadi Zyuqanov "RİA Novosti"yə müsahibəsi zamanı məlumat verib.
O bildirib ki, Dövlət Dumasının rəhbərliyi, parlamentdəki müxalifət fraksiyalarının başçıları və Putin arasında görüş keçiriləcək.
Zyuqanov bunun üçün artıq müvafiq hazırlıq işlərinin görülməsinə başlandığını açıqlayıb.
"Görüşlə bağlı hazırlıqlar gedir. Bu görüş olduqca vacibdir", - deyə partiya sədri bildirib.
Zyuqanov görüşün dəqiq tarixini açıqlamayıb.