Modern.az

Türkiyədə zəncirvari qəza - 10 maşın toqquşdu, yaralananlar var

Türkiyədə zəncirvari qəza - 10 maşın toqquşdu, yaralananlar var

3 Yanvar 2023, 14:32

Türkiyənin Bursa şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Bursa-Karacabey yolunda olub.

 

Belə ki, qatı duman nəticəsində görmə məsafəsi 10 metrdən aşağı düşüb. Bu da zəncirvari yol qəzasına səbəb olub.

 

Məlumata görə, Bursa-Karacabey istiqamətində hərəkət edən 10 avtomobil toqquşub. Hadisə nəticəsində 7 nəfər yaralanıb. Əraziyə təcili yardım və polis qüvvələri cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Yol bir müddət bağlı qalıb. Hazırda qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində addımlar atılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?