Modern.az

Ərdoğan Əsədlə görüşəcəkmi? - Nazirdən açıqlama

Ərdoğan Əsədlə görüşəcəkmi? - Nazirdən açıqlama

3 Yanvar 2023, 15:25

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın suriyalı həmkarı Bəşər Əsədlə görüşü barədə danışıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir belə bir görüşün baş tutacağını istisna etməyib.

 

"Belə bir proqnoz vermək düzgün olmazdı. Bu, prezidentimizin verəcəyi qərardır. Amma prezidentimizin dediyi bir şey var idi. Mərhələli dialoq olacaq”, - deyə Çavuşoğlu bildirib.

 

Qeyd edək ki, ötən ilin dekabr ayının sonunda Moskvada Rusiya, Türkiyə və Suriya müdafiə nazirləri, eləcə də kəşfiyyat orqanları rəhbərlərinin üçtərəfli görüşü olmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər