Modern.az

Avstriyada məscidə hücum edildi - FOTO

Avstriyada məscidə hücum edildi - FOTO

Dünya

3 Yanvar 2023, 16:32

Avstriyanın paytaxtı Vyana şəhərində naməlum şəxslər məscidə hücum ediblər.

 

Modern.az "TRT Deutsch"a istinadən xəbər verir ki, hadisə şəhərin Ottakrinq bölgəsində yerləşən Fatih Cami məscidində baş verib.

 

Avstriya polisi faktla bağlı araşdırmalara başlayıb. Hələlik məscidə hücum edənlərin kimliyini müəyyən etmək mümkün olmayıb.

 

Türkiyənin Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Ozan Ceyhun tviter səhifəsində hadisəyə münasibət bildirərək hücumu pisləyib. O, məsələnin diqqətlə saxlanıldığını vurğulayıb və araşdırmaların nəticəsini gözlədiklərini ifadə edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər