Modern.az

Bu, bizim müharibəmizdir - Litvadan Rusiyaya mesaj

Bu, bizim müharibəmizdir - Litvadan Rusiyaya mesaj

3 Yanvar 2023, 18:00

Litvanın müdafiə naziri Arvidas Anusauskas Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.

 

Modern.az xəbər verir ki, sözügedən açıqlama Litva Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanıb.

 

“Litva və digər ölkələrin verdiyi silah, texnika və hərbi dəstək müharibənin gedişinə mühüm təsir göstərir. Bu il Ukrayna daha çox dəstəyə ehtiyac duyur. Bunun üçün 6 əsas istiqamət var: maliyyələşdirmə, silah transferi və təmiri, hərbi təlim, müdafiə islahatları, kibertəhlükəsizlik və hərbi qulluqçuların reabilitasiyası. Biz Ukraynanı dəstəkləmişik, onu dəstəkləyirik və qələbəyə qədər dəstəkləyəcəyik", - deyə məlumatda bildirilib.

 

"Bu müharibə həm də bizim müharibəmizdir", - deyə əlavə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər