Modern.az

Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

3 Yanvar 2023, 23:06

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV kanalına müsahibəsində bildirib.

 

O qeyd edib ki, yanvarın 4-də liderlər Rusiya və Ukrayna arasında münaqişənin həllini müzakirə edəcəklər.

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İnterfaks"a açıqlamasında Putinin Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparacağını təsdiqləyib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər