Modern.az

TANAP-da işimizi davam etdiririk - Ərdoğanın sözçüsü

TANAP-da işimizi davam etdiririk - Ərdoğanın sözçüsü

3 Yanvar 2023, 23:28

“Həm Azərbaycan tərəfi, həm də biz TANAP-da işimizi davam etdiririk”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV-yə müsahibəsində bildirib.

 

O qeyd edib ki, TANAP-ın tutumu ikiqat artacaq, Rusiya-Ukrayna müharibəsi bitəndə bu infrastruktur sərmayələri Türkiyəyə qayıdacaq.

 

Ərdoğanın sözçüsü bildirib ki, Qara dənizdə tapılan təbii qaz əsas sayılır: “Aralıq dənizində də qaz ehtiyyatı tapa bilərik. Oradakı ehtiyat Türkiyəni enerji bazarında çox fərqli bir nöqtəyə aparacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər