Rusiya Sovet Federativ Sosialist Respublikasının (SSRİ) Ali Şurasının sonuncu sədri Ruslan Xasbulatov vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə “Kommersant”a onun yaxınları məlumat verib.
80 yaşlı siyasətçinin dəfn mərasimi Çeçenistanda keçiriləcək.
Ruslan Xasbulatov 1942-ci ildə Qroznıda anadan olub. O, 1990-cı ilin martında SSRİ-nin xalq deputatı seçilib, 1990-cı il iyunun 5-də Ali Sovet sədrinin birinci müavini, həmin il iyunun 10-da sədr səlahiyyətlərinin icraçısı, 1991-ci il oktyabrın 19-da isə sədri təyin edilib.
Akif İsmayılov