Modern.az

Almaniyada son 70 ilin ən yüksək inflyasiyası

Almaniyada son 70 ilin ən yüksək inflyasiyası

3 Yanvar 2023, 23:57

Almaniyada son 70 ildə ən yüksək inflyasiya qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

 

Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar enerji və ərzaq qiymətlərinin kəskin artması nəticəsində 2022-ci ildə illikinflyasiya7,9 faizə çatıb. İllik inflyasiya sonuncu dəfə 1951-ci ildə, müharibədən sonrakı iqtisadi bum dövründə 7,6 faiz təşkil edib. 

 

2021-ci ildə illik inflyasiya 3,1 faiz olub.

 

Qiymətlərin artması istehlakçıların alıcılıq qabiliyyətini aşağı salır. Son aylarda bir çox alman həmkarlar ittifaqı inflyasiyanın təsirlərini kompensasiya etmək üçün əmək haqqının artırılması üçün kampaniya aparıb.

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər