Modern.az

Makeyevkada ölən rus hərbçilərin sayı 89 nəfərə çatdı - Biri polkovnikdir

Makeyevkada ölən rus hərbçilərin sayı 89 nəfərə çatdı - Biri polkovnikdir

4 Yanvar 2023, 09:46

Ukrayna Silahlı Qüvvələrinin Makeyevkaya hücumu nəticəsində öldürülən rus əsgərlərinin sayı 89 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Hərbi-Siyasi İdarəsi rəisinin birinci müavini, general-leytenant Sergey Sevryukov bildirib.

Daha əvvəl 63 nəfərin öldüyü bildirilmişdi.

Ukrayna artilleriyası yanvarın 1-də Makeyevka ərazisindəki Rusiya hərbi hissələrindən birinin müvəqqəti yerləşmə məntəqəsini altı HIMARS raketi ilə vurub. İki raket hava hücumundan müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib, dördü isə Rusiya hərbçilərinin yerləşdiyi binaya düşüb və tavan uçub.

Sergey Sevryukov bildirib ki, hadisədən dərhal sonra hərbi hissənin komandası yaralıların xilas edilməsi üçün bütün mümkün tədbirləri görüblər.

"Təəssüf ki, dəmir-beton konstruksiyaların dağılması zamanı həlak olan hərbçilərimizin sayı 89-a çatıb".

Onun sözlərinə görə, ölənlər arasında alay komandirinin müavini, polkovnik-leytenant Baçurin də var.

Müdafiə Nazirliyi hadisənin əsas səbəbini şəxsi heyətin qadağaya zidd olaraq mobil telefonlardan kütləvi şəkildə istifadə etməsi ilə əlaqələndirib. Sevryukov qeyd edib ki, bu amil düşmənə zərbə endirmək üçün hərbi personalın yerləşdiyi yerin koordinatlarını müəyyən etməyə imkan yaradıb.

Müdafiə Nazirliyi qisas alınması üçün lazımi tədbirlərin görüləcəyinə söz verib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər