Modern.az

Rusiyanın Ukraynadakı itkiləri artır: daha 720 nəfər…

Rusiyanın Ukraynadakı itkiləri artır: daha 720 nəfər…

4 Yanvar 2023, 12:00

Rusiyanın Ukraynada verdiyi hərbçi itkisi son sutkada daha 720 nəfər artıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.


Məlumata görə, artıq Rusiyanın ümumi döyüş itkiləri 108 910 nəfərə çatıb.
 

“Son sutkada düşmənin daha 2 tankı, 6 zirehli döyüş maşını, 6 artilleriya sistemi, 1 hava hücumundan müdafiə sistemi, 3 operativ-taktiki pilotsuz uçan aparatı, 10 avtomobil texnikası məhv edilib”, - məlumatda deyilir.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər