Modern.az

Almaniya Polşaya təzminat verməyəcək 

Almaniya Polşaya təzminat verməyəcək 

4 Yanvar 2023, 21:11

Almaniya Polşanın İkinci Dünya müharibəsi ilə bağlı təzminat tələblərinə mənfi cavab verib.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Almaniyadan tələb olunan müharibə təzminatı ilə bağlı məsələnin bağlandığı bildirilib.

 

"Almaniya hökumətinin fikrincə, müharibə itkilərinin ödənilməsi və kompensasiya məsələsi bağlanıb, Almaniya hökuməti bu məsələ ilə bağlı danışıqlara başlamaq niyyətində deyil. Polşa Almaniyanın təcavüzü nəticəsində dəyən zərərin ödənilməsi üçün səylərini davam etdirəcək ”, - məlumatda deyilir.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu