Modern.az

Makron Zelenskiyə söz verdi - Tank göndəriləcək

Makron Zelenskiyə söz verdi - Tank göndəriləcək

4 Yanvar 2023, 21:48

Fransa prezidenti Emmanuel Makron yanvarın 4-də Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Modern.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, Makron Fransanın AMX-10RC yüngül tanklarını Ukrayna ordusuna təhvil verəcəyinə söz verib.

 

Beləliklə, Ukrayna hərbçiləri ilk dəfə olaraq Qərb mənşəli tanklar alacaq.

 

AMX-10RC tankı dörd nəfərlik ekipajı və güclü silahları olan yüngül tank modelidir. 1970-ci illərdə hazırlanmış tank Fransa, Səudiyyə Ərəbistanı, Mərakeş, İndoneziya, Sinqapur və digər ölkələrin orduları tərəfindən istifadə olunur.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər