Şimali Koreyanın keçmiş xarici işlər naziri Li Yonq Ho və bir neçə diplomat edam edilib.
Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” nəşri məlumat yayıb.
Bildirilib ki, Şimali Koreyanın Böyük Britaniyadakı səfirliyinin işindəki “problem”lər diplomatların edam edilməsinə səbəb ola bilər. Edam olunanlar müxtəlif vaxtlarda səfirlikdə işləyiblər.
Belə ki, Li Yonq Ho 2016-2020-ci illərdə Britaniyada səfir vəzifəsində çalışıb.
Qeyd edək ki, Li Yonq Ho Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda ölkəsini təmsil edib. O, 2020-ci ildə xarici işlər naziri vəzifəsindən azad edilib.
Sabiq nazirin edam olunması ilə bağlı rəsmi açıqlama verilməyib.