Modern.az

Nümayəndələr Palatası yenə sədr seçə bilmədi

Nümayəndələr Palatası yenə sədr seçə bilmədi

4 Yanvar 2023, 23:20

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri bu gün keçirilən iclasda dördüncü səsvermə zamanı yenə spiker seçə bilməyiblər.

 

Modern.az xəbər verir ki, səsvermə üçün keçirilən iclas C-SPAN telekanalı tərəfindən yayımlanıb.

 

Respublikaçılar Partiyasının lideri Kevin Makkarti Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərdə yenə əksəriyyətin dəstəyini ala bilməyib və cəmi 201 səs toplayıb. Qalib gəlmək üçün 218 səs toplamaq lazım idi.

 

Cari raundda Makkartinin spiker təyin edilməsini dəstəkləməkdən imtina edən respublikaçılar alternativ namizəd kimi Florida ştatından Bayron Donaldsın namizədliyini irəli sürüblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?