Modern.az

“McDonald's” Qazaxıstanı tərk edir

“McDonald's” Qazaxıstanı tərk edir

Dünya

5 Yanvar 2023, 08:27

Amerikanın “McDonald's” şirkəti Qazaxıstanı tərk etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Qazaxıstanda Amerika “fast food” restoranları şəbəkəsinin mümkün bağlanmasının əsas səbəblərindən biri ərzaq təchizatında yaranan fasilələrdir.

 

“McDonald's” rəhbərliyi Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra Qazaxıstanda 24 “McDonald's” restoranının sahibi olan yerli "Food Solutions KZ LLP" şirkətinə Rusiyadan ət məhsulları almağı qadağan edib.

 

Agentliyin məlumatına görə, Qazaxıstan şirkəti tədarük zəncirini yenidən qura bilməyib. Çünki məhsulların Avropadan alınması və daha yüksək qiymətə çatdırılması Qazaxıstandakı restoranların zərərlə işləməsinə gətirib çıxaracaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər